ABŞ iqtisadiyyatında təhlükə

2 Oktyabr 2013 09:36 (UTC+04:00)

"Büdcə ilə bağlı məsələdə Konqresin qabiliyyətsizliyi ABŞ-ın iqtisadiyyatına təhlükə yaradır". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama bəyan edib.

Onun sözlərinə görə, respublikaçıların səhiyyə islahatlarının dayandırılması istiqamətində göstərdikləri səylər nəticəsizdir: "Mən Konqresi təkrar çağırıram - hökumətin işinin maliyyələşdirilməsi üçün tədbirlər görülsün. Hökumətin işinin respublikaçılar tərəfindən dayandırılması milli iqtisadiyyatı təhlükə altına atır".

Şahin Abasov