Faiq Qarayevə ağır itki üz verdi

1 Oktyabr 2013 13:09 (UTC+04:00)

Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti və qadınlardan ibarət milli komandamızın baş məşqçisi Faiq Qarayevin ailəsində itki baş verib. Siasport.az saytı xəbər verir ki, tanınmış mütəxəssisin atası Çoban Qarayev dünyasını dəyişib. O, 76 yaşında ikən uzun sürən xəstəlikdən dünyasını dəyişib. Bununla əlaqədar Federasiya rəhbərliyi F.Qarayevə və onun ailəsinə başsağlığı verib.