Tbilisidə Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaq

1 Oktyabr 2013 00:32 (UTC+04:00)

Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Tbilisi şəhərində oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaq.

Seçki məntəqəsinin Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin yeni binasında (Tbilisi şəhəri, Qorqasali küçəsi, 9) yerləşəcəyi və səhər saat 8-dən axşam saat 19-dək Gürcüstanda olan Azərbaycan Respublikasının vətəndaşlarına xidmət edəcəyi bildirilir.