Uzuntala və Beretbinə kəndlərində görüş keçirilib

30 Sentyabr 2013 17:26 (UTC+04:00)

Bu gün YAP Zaqatala rayon təşkilatı 9 oktyabrda keçiriləcək Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Uzuntala, Beretbinə kəndlərində seçicilərlə görüş keçirib.

Uzuntala kəndində kənd mədəniyyət evinin həyətində keçirilən görüşdə 200 nəfər partiya fəalı iştirak edib. Görüşü ilk olaraq Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov açıb. O, 10 ildə ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından danışaraq, xalqın bu siyasəti dəstəklədiyini diqqətə çatdırıb.

Görüşdə YAP Qadınlar şurasının sədri Vəfa Süleymanova, Ədalət Qurbanova, Səyyarə İsmayılova və kənd sakinləri də çıxış ediblər. Görüş yüksək fəallıq şəraitində keçib.