"Sabah hava şəraitinin buludlu olacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq, şərq küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 14-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında ayrı-ayrı rayonlarda yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 12-17, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Məlumata əsasən, oktyabrın 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, oktyabrın 02-si və 03-ü axşamadək normadan aşağı atmosfer təyziqi fonunda arabir güclənən giləvar küləyi əsasən əlverişsizdir.