“Bozbaş Pictures” də nələr olacaq?

27 Sentyabr 2013 16:27 (UTC+04:00)

Yeni mövsümdən start götürən "Bozbaş Pictures" ilk seriyası tamaşaçılar tərəfindən çox bəyənilib. SİA-nın verdiyi xəbərə görə, sözügedən seriya bu həftə də sizi çox güldürəcək. "Bozbaş Pictures" də bu dəfə Faytonçu Nazim və Aysel Əlizadə rol alıblar.

Qeyd edək ki, Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Fəlakət (Elşən Orucov), Əzəmət (Azər Baxşəliyev), Şirin (Nicat Rəhimov) bu həftə də maraqlı hadisələrlə qarşınızda olacaqlar. Odur ki, şənbə günü saat 23:00-da "ATV maqazin"dən dərhal sonra "Bozbaş Pictures"i izləməyi unutmayın.