Heyvansevər ailə yeddi vəhşi heyvanla bir evdə yaşayır

26 Sentyabr 2013 14:15 (UTC+04:00)

Braziliyalı ailə evlərində yeddi pələnglə yaşayır, hovuzda birlikdə üzür və hətta nəvələrinə onlarla oynamağa icazə verirlər.

SİA-nın Daily Mail-ə istinadən verdiyi xəbərə görə, Braziliyalı pələngsevər Ary Borgesin evi Sao Paulo yaxınlığında Marinqada yerləşir. Hətta o, öz evində nəhəng yırtıcılar üçün eko-park tikmək fikrindədir.