"Bu nəticəni gözləyirdim"

25 Sentyabr 2013 09:19 (UTC+04:00)

"Bu nəticəni gözləyirdim. Bu il mənim üçün düşərli oldu". Siasport.az saytının məlumatına görə, bu sözləri 3-cü İslam Həmrəyliyi Oyunlarının ağırlıqqaldırma yarışlarında gümüş medal qazanmış Azərbaycan atleti Silviya Angelova (48 kq) deyib. O, dünya çempionatına hazırlaşdığını qeyd edib: "Aprel ayında Albaniyada keçirilmiş Avropa çempionatında da gümüş medal qazanışdım. Avropa çempionatında qazandığım medal karyeramın ən böyük uğuru idi. İlin sonunda Polşada keçiriləcək dünya çempionatında da yüksək nəticə göstərmək istəyirəm".