Diasporla İş üzrə Dövlət Komitəsi kitab sərgisində iştirak edir

25 Sentyabr 2013 09:07 (UTC+04:00)

Bakıda keçirilən III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasında Diasporla İş üzrə Dövlət Komitəsi də təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan yarmarkada 25 ölkədən 120-yə yaxın nəşriyyatla yanaşı, Azərbaycanın dövlət qurumları da özlərinin çap məhsullarını sərgiyə çıxarıb.

Komitədən SİA-ya verilən xəbərə görə, Diaspora İş üzrə Dövlət Komitəsi Beynəlxalq Kitab Yarmarkasında 84 adda kitab sərgiləyir. Bu nəşrlər Dövlət Komitəsi fəaliyyətə başlayandan bəri çap olunan kitablardır. Onlar əsasən Azərbaycan diaspor tarixinə, müasir dövrdəki fəaliyyətinə həsr olunan əsərlər, indiyədək keçirilən Dünya Azərbaycanlıları Qurultaylarının materialları, xarici dillərdə çap olunub Azərbaycan dastanları, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulmuş dərslik, lüğət və s. nəşrlərdir.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən nəşriyyat və poliqrafiya müəssisələrinin iştirak etdiyi III Beynəlxalq Kitab Sərgi-Yarmarkası Bakıda iki ildən bir keçirilir. Əvvəlki illərdən fərqli olaraq bu dəfə yarmarka açıq havada – Nizami küçəsində təşkil olunub və sentyabrın 26-dək davam edəcək.