Uşaq ədəbiyyatının nümayəndələri ilə görüş keçirillib

24 Sentyabr 2013 16:14 (UTC+04:00)

III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində uşaq ədəbiyyatının nümayəndələri ilə "Uşaqlar, kitab oxuyun" mövzusunda görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, görüşdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli uşaq ədəbiyyatı nümunələrini yaradan tanınmış yazıçı və şairlər, onların yaradıcılıq uğurları barədə məlumat verib.

Qeyd edək ki, sonda müəlliflərin yaradıcılıqlarından nümunələr səsləndirilib.