Yaponiyada üzgüçü robot yaradılıb

24 Sentyabr 2013 09:53 (UTC+04:00)

Tokio Texnologiya İnstitutunun alimləri müxtəlif üslubda üzə bilən humanoid robot yaradıblar. SİA-nın məlumatına görə, ixtiraçıların fikrincə, korpusu plastikdən düzəldilən və boyu 90 sm, çəkisi 7 kq olan robot dünyanın ən yaxşı üzgüçüləri ilə rəqabət apara bilər. Mühəndislər robotun Olimpiya çempionlarının hərəkətlərini yerinə yetirməsi üçün texniki xüsusiyyətlərini yaxşılaşdırmaq niyyətindədirlər.