Həcc ziyarətinin yaxınlaşdığını və bu il ziyarətə gələn insanların artdığını nəzərə alan Səudiyyə Ərəbistanının hökuməti müqəddəs Məkkə şəhərindəki Kəbənin ətrafında apardığı genişləndirmə işlərini yekunlaşdırmaqdadır.
"Əl-Cəzirə" telekanalının məlumatına görə, Kəbənin ətrafındakı tikililər sökülərək 51 metr aralıda yenidən tikilib. Bundan əlavə, qadınlar və kişilər üçün ayrı-ayrılıqda 1500 hamam otağı inşa edilib.
Hamam otaqlarının sayı 6 minə çatdırılıb. Həccə gələn fiziki imkanları məhdud insanlar üçün xüsusi yollar salınıb ki, onlar kütləvi ziyarət zamanı əziyyət çəkməsinlər.