Siasport.az saytı futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müsahibəsini təqdim edir:
- Azərbaycanda olduğunuz iki gündə iki oyuna baxdınız. "Neftçi" – "Sumqayıt" və AZAL- "Xəzər Lənkəran" oyunları ilə bağlı düşüncələriniz necədir?
- Mən AZAL Arenada maraqlı oyun gördüm. "Neftçi" – "Sumqayıt" və AZAL-"Xəzər Lənkəran" matçını müqayisə edərək, deyim ki, ikincilər Avropa futbolu oynadılar. Oyunda bir temp və sürət görürəm. Oyunda aqressivlik var. Beynəlxalq səviyyədə oyun gördüm.
- "Sumqayıt"ın "Neftçi"dən xal almasını çox adam gözləmirdi. Oyunun 0:0 hesabı ilə bitməsi sizin üçün sürpriz olmadı?
- "Neftçi"nin bəxti gətirdi, "Neftçi" yaxşı qurtardı. 1 xalı "Neftçi"nin bəxt amili ilə əlaqələndirirəm. Samir Abasovun böyük bir şansı vardı ki, hesabı açsın. Amma alınmadı. "Sumqayıt" matçda qalib gələ bilərdi.
- AZAL – "Xəzər Lənkəran" matçında Cavid Tağıyevin bərabərlik qolu zamanı qeyd apardınız. Cavidi növbəti toplanışlara dəvət edə bilərsiniz?
- Mən qeyd apardım, amma Cavidin qolundan sonra yox. Qeydlərim onunla bağlı deyildi. Cavid indiki vəziyyətdə U-21 millimizə daha çox xeyir verə bilər.
- Artıq 7 tur geridə qaldı. Siz çempionatda gözlədiyiniz mübarizəni görə bilirsiniz?
- 7 tur hələ heç nə demək deyil. İlkin nəticəni çıxarmaq üçün hələ tezdir. Məncə, 7 turdan sonra "Qəbələ" və AZAL yaxşı formadadır. Onlar pis getmirlər... Bax, "Xəzər Lənkəran" üçün deyirlər ki, bu komanda çempionluq üçün oynaya bilməyəcək. İmkan verin, vaxt verin, görün "Xəzər Lənkəran" nə edəcək.
- Dostunuz Con Benjamin Toşakla görüşmək imkanınız olub?
- Olmayıb. Təəssüflər olsun ki, biz ancaq telefon vasitəsi ilə danışırıq.
Mənbə: Futbol11.az