TQDK qeydiyyatı başa çatdırdı

23 Sentyabr 2013 17:25 (UTC+04:00)

2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən sentyabrın 23-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməli idilər. Ayrılan müddət ərzində rezidenturaya qəbul olan 504 nəfərdən 496 nəfəri müvafiq sənədlərini təqdim edərək qeydiyyatdan keçiblər. 8 nəfər qeydiyyat prosesində iştirak etməyib.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilməyəcək.