İlhamə Quliyeva Prezident İlham Əliyevə dəstək oldu

23 Sentyabr 2013 17:05 (UTC+04:00)

Azərbaycanın xalq artisti İlhamə Quliyeva artıq bir neçə gündür ki, Prezident Seçkiləri ilə bağlı keçirilən konsert proqramlarında iştirak edir. Xalq artistinin yaxın dostlarından sayılan Tahirə Məmmədqızının SİA-ya verdiyi məlumata görə, xalq artisti artıq Azərbaycanın bir neçə bölgəsində maraqlı konsert proqramları ilə çıxış edib: "Cənab İlham Əliyevin siyasi kursunu qəbul edən, builki prezident seçkilərində də məhz onu dəstəkləyən xalq artisti İlhamə Quliyeva "Prezidentə dəstək kampaniyası" çərçivəsində bölgələrdə konsert proqramları ilə çıxış edir. Artıq bir neçə bölgədə konsert verən xalq artisti hazırda Kürdəmir rayonundadır. İlhamə xanım Kürdəmirdən sonra Şirvan və digər bölgələrdə konsert proqramlarında iştirak edəcək".