Sərdar Həmidov: ” İsgəndərin ağlı yoxdur, başını tamam itirib” ŞOK AÇIQLAMA

22 Sentyabr 2013 19:20 (UTC+04:00)

Bir müddət öncə, özünün dediyi kimi, "səriştəsiz və qorxaq AXC hakimiyyəti dövründə dövründə Tərtər rayon İcra Hakimiyyətinin başçısı işləmiş, keçmiş batalyon komandiri, yenə özünün dediyi kimi, "Əli Kərimlinin və İsa Qəmbərin qızışdırıb ortalığa saldığı, ağlını itirmiş" İsgəndər Həmidovun qardaşı Sərdar Həmidovla SəsTV-nin studiyasında geniş müsahibəmiz olmuşdu. Bu gün həmin müsahibənin yazılı formasını istifadəçilərimizin diqqətinə bir daha çatdırmağı lazım bildik.

- Sərday bəy, "Milli Şura"deyilən qurum Azərbaycanı sevməyən xarici qüvvələrdən maliyyə dəstəyi alır və ölkə də iğtişaşlar törətməyə cəhd göstərirlər. Buna münasibətiniz necədir?

- "Milli Şura" çox anormal, qondarma bir qurumdur. Bu qurumun təsisçiləri yaramazdır. Bu yaramazlar heç bilmirlər nə edirlər. Belə yaramaz quruma və orada təmsil olunanlara inanmaq olmaz. Bunlar hamısı prezident olmaq istəyirlər. Onlar "ehtiyat namizəd" məsələsində də bir qərara gələ bilmirlər. Çaş-baş qalıblar bu yaramazlar. Bunlar heç vaxt birləşə bilməyiblər və bundan sonra da birləşə bilməyəcəklər. Onlar "Milli Şura"nı buraxsınlar, gedib özlərinə iş tapsınlar.

- 20 ildir siyasətdə olanlar özləri kənarda qalaraq Cəmil Həsənlini namizəd seçdilər. Bu barədə nə düşünürsüz?

- İsa Qəmbər, Əli Kərimli heç vaxt barışan deyil. Onlar hər zaman düşmən olaraq qalacaqlar və heç vaxt fikirləri ortaq olmayacaq. Bu dəfə də aralarında dava düşdü və bir-birlərini dəstəkləmədilər, məcbur qalıb digər namizəd seçdilər. Cəmil Həsənli siyasət adamı deyil, o, öz işini kənara qoyub başqa işlərlə məşqul olur. Bu çox pis haldır.

- Ola bilərmi ki, İ.Qəmbər, Ə.Kərimli C.Həsənlini rüsvay etmək üçün onu namizəd kimi seçdilər?

- Onların heç birinin ağlı yoxdur. Onların hər biri qeybət edən arvadlara bənzəyirlər. Bu gün də bu işlərlə məşğuldurlar. Bu yaramazlar, C.Həsənlini ehtiyat "vahid namizəd" etməklə də yenə səhv etdilər. Onların doğru addımları, qərarları yoxdur. Cəmil Həsənlinin ağlı olsaydı özü deyərdi ki, bu iş mənlik deyil.

- Rəsul Quliyev bildirir ki, C.Həsənli yaramazın, alçağın biridir. Siz R.Quliyevlə razısız?

- R.Quliyevin C.Həsənli haqqında dedikləri düzdür. Lakin R.Quliyevin özü də yaramaz, alçaq adamdır. O, Azərbaycanı taladı, dağıtdı sonra da qaçıb getdi. O da o birisilər də yaramazdırlar. "Milli Şura"da təmsil olunanların hamısı elə alçaqdırlar. Onu da qeyd edim ki, Rauf Arifoğlu da hər zaman öz bacarıqsızlığı və natəmiz hərəkətləri ilə yadda qalıb. Bu insan "Yeni Müsavat"qəzetində lazımsız işlərlə məşğul olur.

- Bu gün İskəndər Həmidovun Eldar Namazov, Ə.Kərimli, İ.Qəmbər kimilərinin yanında olması sizə pis təsir etmirmi?

- İskəndər Həmidov mənim qardaşımdır. Ona məsləhət görərəm ki, adlarını çəkdiyimiz bu insanların heç birinə yaxın durmasın. Onların heç biri İ.Həmidovu çox istəməyiblər, qəbul etməyiblər və bu gün də bu belədir. İsgəndərin ağlı yoxdur, başını tamam itirib. Mən ona zamanında dedim ki, bu yaramazların dalına düşməsin. Amma mənim sözümə baxmadı, gedib qoşuldu yaramazlara. Onlar İsgəndərdən istifadə edirlər. Bilirlər ki, dəlidir, ağlı çatmır, ona görə də özlərinin deyə bilmədiklərini, cəsarətləri çatmadığı sözləri bu ağılsıza dedirdirlər. Bir də ki, İsgəndər huya gedəndir, böyürdən-başdan qızışdırırlar, özləri də çəkilib durur qıraqda. Axırda başı əzilən də bu olur. Daha nə deyim ondan?

- Siz Pənah Hüseyni, Eldar Namazovu, Arif Hacılını ciddi siyasətçi kimi qəbul edirsiz?

-Pənah Hüseyn yaltaqlıqla, dolayı yollar keçməklə yaşayan insandır. Elə E.Namazov da, A.Hacılı da elədir. Bu insanlara etibar etmək olmaz. Müharibə illərin də A.Hacılı mənim yanımda olub. O, çox pis əsgər olub, müharibədən, döyüşdən qaçıb. Ancaq yeyib, yatmaqla məşğul idi. Özü də yaltağın biri idi. Əgər kişiliyi varsa danmasın bunları, təsdiqləsin.

Cahid Süleymanov