Penitensiar Xidmətin və 7 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1984-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3 maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Elnur İsgəndər oğlu Eyyubova qardaşı vətəndaş Ramin İsgəndər oğlu Eyyubovun gətirdiyi sovqata baxış keçirilən zaman 4 (dörd) ədəd "Rulet" şirniyyatının içərisinə ağ sellofanlara bükülərək yerləşdirilmiş 286 (iki yüz səksən altı) ədəd qırmızı rəngli dərman həbləri aşkar edilərək götürülüb.
Qeyd edək ki, hazırda fakt üzrə araşdırma aparılır.