YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını davam etdirir FOTOLAR

20 Sentyabr 2013 17:01 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Oğuz rayonunda uğurla davam etdirilir. SİA-nın xəbərinə görə, təbliğat-təşviqat kampaniyası çərçivəsində bu gün rayonun Bayan kəndində seçicilərlə görüş keçirilib.

Tədbiri YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov açaraq təbliğat-təşviqat kampaniyasının qrafikə uyğun olaraq keçirildiyini seçicilərin diqqətinə çatdırıb.

Azərbaycan Müəllimlər İnistitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticələrindən ətarflı danışıb. O qeyd edib ki, 10 ildə Azərbaycan Respublikası cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edib və bugün də bu inkişaf davam edir.

Millət vəkili qeyd edib ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirilir.

Millət vəkili əminliklə ifadə edib ki, Oğuz seçiciləri oktyabrın 9-da yüksək fəallıqla məntəqələrə gələcək, müstəqilliyimizin əbədiliyinə, inkişafına, yüksəlişinə- İlham Əliyevə səs verəcəklər. Bununla da İlham Əliyev Azərbaycanı inamlı, işıqlı sabaha aparacaq.

Daha sonra Bayan kənd peşə məktəbinin direktoru Azər Nəcməddinov, Bayan kənd tam orta məktəbinin direktoru Yaqub Əliyev, həmin məktəbin müəlliməsi Sevda Yusifova, Peşə məktəbinin işçisi Xəzər Mustafayev çıxış edərək Azərbaycanda son 10 ildə qazanılmış nailiyyətləri yüksək qiymətləndiriblər. Onlar oktyabrın 9-da Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.