Düşmən cavab atəşi ilə susdurulub

20 Sentyabr 2013 10:04 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Tərtər rayonunun Qızıl Oba, Göyarx, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.