Vladimir Putin: "Bütün günahı Əsəd rejiminə yükləmək düzgün deyil"

20 Sentyabr 2013 09:51 (UTC+04:00)

Rusiya prezident Vladimir Putin Valadi Forumunun 10-cu ildönümünə qatılarkən Suriya ilə bağlı açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Vladimir Putin kimyəvi silahdan istifadəyə görə təkcə Əsəd rejimindən deyil, eyni zamanda ölkədə mövcud olan müxalifətdən də şübhələnməyin vacibliyini vurğulayı: "Kimyəvi silahdan istifadəyə görə müxalifəti də qınamaq lazımdır. Bütün günahı Əsəd rejiminin üstünə yıxmaq düzgün deyil. Mənim dediyim fikirlər heç də cəfəngiyyat deyil. Bunun bir təxribat olduğuna inanmaq üçün hər cür səbəb var. Suriya xalqına qarşı törədilən bu əməli mən ən qatı cinayət hesab edirəm. Sözügedən cinayətin aşkara çıxarılması və kim tərəfindən törədilməsi yönündə əlimizdən gələni edəcəyik".