Biləsuvar seçiciləri yeganə namizədlərinə dəstək olacaq

19 Sentyabr 2013 18:01 (UTC+04:00)

Yeni Azərbaycan partiyasının namizədi İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası Biləsuvar rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində bu gün rayonunun Bağbanlar və Zəhmətabad kəndlərində seçicilərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Milli Məclisin deputatı iqtisadi elmləri doktoru, professor Xanhüseyn Kazımlı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəzə Həsənov, Filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin kafedra müdiri Fikrət Cahangirov iştirak edib.

Görüşdə Bağbanlar kənd sakinləri onların yeganə namizədi olan cənab İlham Əliyevi dəstəkləyəkcəklərini, bununla da xoşbəxt gələcəklərinə səs verəcəklərini bildiriblər.