DÇ-2013 dördüncü gün: Yuliya Ratkeviç 1/4 finalda FOTO

19 Sentyabr 2013 18:06 (UTC+04:00)

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, yarışların dördüncü günündə qadın güləşi üzrə 55, 59 və 63 kq çəkidə idmançılar döşək üzərinə çıxırlar. Azərbaycan güləşçiləri iki çəkidə mübarizə aparırlar. Yarışlara qatılan idmançılarımız Yuliya Ratkeviç və İrina Netreba ilk görüşlərini qələbə ilə başa vurublar. İrina 1/8 finalda məğlub olub, Yuliya isə bu mərhələdə də təmiz qələbə ilə üstün olub. Güləşçimiz 1/4 finalda Joice Souza Da Silva ilə görüşəcək.

1/16 final - Geeta (IND) - Yuliya RATKEVİÇ (3:4, təmiz qələbə)
1/8 final - Yuliya RATKEVİÇ - Thi Loan Pham (VIE) (4:0, təmiz qələbə)
1/4 final - Joice Souza Da Silva (BRA) - Yuliya RATKEVİÇ

63 kq
1/16 final - Katerina Lopez (CUB) - İrina NETREBA (3:11)
1/8 final - Cakelinn Kastillo (COL) - İrina NETREBA (12:4)