Düşmən cavab atəşi ilə susdurulub

19 Sentyabr 2013 09:39 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Qorqan və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.