İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verdi

14 Sentyabr 2013 21:28 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Məktubda qeyd olunur: "Hörmətli Vladimir Vladimiroviç, Novqorod vilayətindəki psixonevroloji internatda yanğın nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi. Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".