"Azərbaycanda 600 min gənc ilk dəfə olaraq prezident seçkilərində iştirak edəcəklər". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib ki, nazirliyin əsas vəzifəsi gənclərin səsvermə məntəqələrinə gəlməsinə nail olmaqdır: "Bununla bağlı paytaxt Bakıda və bölgələrdə müxtəlif tədbirlər həyata keçirilib. Bu yaxınlarda əlavə olaraq, televiziyada sosial video çarxlar nümayiş etdiriləcək, radioda isə qeyd olunan mövzuda reklamlar səsləndiriləcək".
Elvin Abdulqədirov