ABŞ konsulluğuna hücum edildi

13 Sentyabr 2013 12:53 (UTC+04:00)

Taliban, ABŞ-ın Əfqanıstanda yerləşən konsulluğuna hücum edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 3 nəfər ölüb, 18 nəfər ağır yaralanıb.

Hücumun bomba yüklü iki avtomobillə təşkil olunduğu deyilir. Təhlükəsizlik əməkdaşlarının verdiyi məlumata əsasən, partlayış nəticəsində yaralananlardan 3-ü polisdir.

ABŞ səfirliyi, hadisədən dərhal sonra konsulluqda işləyən bütün işçi heyətinin təhlükəsizliyinin təmin edildiyini və sözügedən əraziyə ABŞ Təhlükəsizlik Qüvvələrinin sövq edildiyini bildirib.

Qeyd edək ki, ölkənin şərqində yerləşən Paktika vilayətində də bomba yüklü bir yük maşını hökumət binalarının qarşısında partlayıb. Hücum nəticəsində ən az 7 nəfər yaralanıb.