"Bu şəhərdə" yumoristik qrupun ssenaristi və prodüsseri Müşfiq Abbasov ata olub. SİA-nın verdiyi xəbərə görə, Müşviqin oğlu dünayaya gəlib. Bu münasibətlə prodüsseri tanınmış simalardan olan yaxın dostları xalq artisti Faiq Ağayev və aktyor Fərid Rzayev təbrik edib. Onlar Müşfiqin yenicə dünyaya gəlmiş balasının ünvanına xoş sözlər söyləyiblər.
Qeyd edək ki, Müşfiq Abbasov oğluna İbrahim adını verib.
Zaurə Əmirova