"Simurq" "Sumqayıt"la oyuna hazırlaşır

12 Sentyabr 2013 17:02 (UTC+04:00)

Artıq dünəndən məşqləri bərpa edən "Simurq" "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında çalışmalara başlayan "sarı-qaralar" məşqə isinmə hərəkətləri ilə start veriblər. Futbolçular bundan sonra iki qrupa bölünərək "kvadrat" oynayıblar. Hazırlığın əsas hissəsində isə taktiki tapşırıqlardan ibarət təmrinlər yerinə yetirilib.

Qeyd edək ki, Topaz Premyer Liqasının V turu çərçivəsində "Simurq" "Sumqayıt"ı Qəbələ şəhər stadionunda qonaq edəcək. Sentyabrın 15-də keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək. Oyunun baş hakimi isə Rəhim Həsənov olacaq.