Göygöl və Daşkəsəndə yol qəzaları baş verib

12 Sentyabr 2013 15:50 (UTC+04:00)

Ötən gecə Göygöl rayonunda yol nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində 31 yaşlı Rauf Teymurov Göygöl-Gəncə istiqamətində "Tofaş" markalı avtomobillə idarəetməni itirərək qarşı tərəfdən hərəkət edən 23 yaşlı Tural Qurbanova məxsus "VAZ 2107" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində Rauf Teymurov ciddi bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Digər yol nəqliyyat hadisəsi isə Daşkəsəndə baş verib. Gəncə şəhər Gülüstan qəsəbə sakini 19 yaşlı Fəxri Məmmədov idarə etdiyi "VAZ 21011" markalı avtomobili aşırması nəticəsində sürücü və daha üç sərnişin Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, hər iki faktla bağlı araşdırmalara başlanılıb.

İlham Məmmədov