Bu gün YAP Göygöl rayon təşkilatı dairə və məntəqələrdə fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlərlə növbəti treninqlərini keçirib.
SİA-nın məlumatına görə, rayon təşkilatının sədri Turani Əliyev məşvərətçi səs hüquqlu üzvlərin hüquq və vəzifələrini onların diqqətinə çatdırıb, görüləcək işlərlə bağlı təlimat və tövsiyələr verib.
Məşvərətçi səs hüquqlu üzv müşahidəni aparan zaman müşahidənin aparılması prinsiplərinə hökmən əməl etmələrini xüsusi vurğulayıb.