Azərbaycan "A" milli yığma komandasının Şimali İrlandiya və Rusiya yığmaları ilə oyunlara yüksək səviyyədə hazırlaşmasını və əvvəlcədən təqvimə əlavə olunmuş qeydləri nəzərə alaraq Topaz Premyer Liqasının IX turuna dəyişiklik edilib. Siasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin əmri ilə Topaz Premyer Liqasının IX turunun bütün matçları 04 oktyabr 2013-cü il tarixinə keçirilib.