DSMF sədri 7 rayonun sakinləri ilə görüş keçirib

11 Sentyabr 2013 13:22 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Fondun Masallı rayon şöbəsinin inzibati binasında Biləsuvar, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik və Lənkəran rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. DSMF-dan SİA-ya verilən məlumata görə, qəbul "Açıq qapı" şəraitində keçirilib. Görüşdə 25-dən artıq vətəndaşın müraciətlərinə baxılıb. Bütün müraciətlər operativ qaydada araşdırılaraq, onların bir qismi yerindəcə həll edilib. Bəzi müraciətlər araşdırma tələb etdiyindən müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə, Fondun digər vəzifəli şəxslərinə göstərişlər verilib. DSMF-nin səlahiyyətlərinə aid olmayan müraciətlərlə görüşə gələn vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndəriləcəyi bildirilib.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri və stajla bağlı digər məsələlərə görə müraciət ediblər.

Məlumat üçün bildirək ki, qəbulda iştirak edən vətəndaşların həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Masallı rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunub.