Mahir Şükürov: "Hesab oyuna görə oldu"

11 Sentyabr 2013 10:21 (UTC+04:00)

"İsrail səfərindən azı 1 xalla qayıtmaq istəyirdik. Məncə, elə hesab da oyuna görə oldu". Siasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" PFK-nın vitse-kapitanı Mahir Şükürov Azərbaycan milli komandasının İsrail yığması ilə oyunu (1:1) haqda fikirlərini bildirərkən deyib. Təcrübəli müdafiəçi qələbəni əldən verdikləri üçün təəssüfləndiyini bildirib: "Yenə də qələbəni əldən verdiyimzə görə təəssüflənirəm. İsrail kimi rəqiblə hər iki oyunda heç-heçə etmək yaxşı nəticədir. Son iki qarşılaşmanı evdə keçirəcəyik. Həmin görüşlərdə qalib gəlib, azarkeşlərimizi sevindirməyə çalışacağıq".