Sentyabrın 2-də başlanan TÜRKSOY fotoqraflarının 10-cu Görüşü başa çatmaq üzrədir. SİA-nın məlumatına görə, görüşün yekun sərgisi sentyabrın 11-də, saat 18:00-da "Qalereya 1969" Qalereyasında keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən görüşdə türkdilli ölkələri təmsil edən 14 fotoqrafın və 6 Azərbaycanlı fotoqrafın bir həftə müddətində Bakıda və respublikanın bölgələrində lentə aldıqları foto əsərlərindən seçilən nümunələr sərgidə nümayiş etdiriləcək.
Qeyd edək ki, sərgi TÜRKSOY Təşkilatının 20 illiyinə həsr olunub.