Qarşıdurma nəticəsində 7 nəfər ölüb

10 Sentyabr 2013 14:15 (UTC+04:00)

Əfqanıstanın Qəndəhar əyalətində qarşıdurma olub və insident nəticəsində 7 nəfər Taliban qruplaşmasının üzvü öldürülüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Qəndəhar qubernatorluğunun rəsmisi Cavud Faysal bildirib ki, polislərlə qrup üzvləri arasında meydana gələn silahlı atışma zamanı vətəndaşlardan və təhlükəsizlik qüvvələrindən ölən və yaralanan olmayıb.

O bildirib ki, bölgədə Taliban üzvlərinə qarşı genişmiqyaslı əməliyyatlara başlanıb.