Neft ucuzlaşıb

10 Sentyabr 2013 09:52 (UTC+04:00)

Sentyabrın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,01 dollar və ya 0,9% azalaraq 1 barelə görə 109,52 dollar olub. SİA-nın məlumatına görə, sentyabrın 9-da ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,40 dollar və ya 2,1% azalaraq 113,72 dollar təşkil edib.