MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının iclasına qatılan nümayəndələr Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. SİA-nın məlumatına görə, onlar Oftolmoloq alim Zərifə Əliyevanın da məzarını ziyarət edib, xatirəsinə hörmət əlaməti olaraq məzarı önünə gül dəstələri düzüblər.
Şura üzvləri həmçinin Şəhidlər Xiyabanında da olub, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən qəhrəmanlarımızı yad ediblər.