Müğənni-bəstəkar Hacı Nazim yıxılaraq ayağını sındırıb. Bəstəkarın ayağı hazırda gipsdədir. SİA-ya danışan Nazim uzun müddət əsa ilə gəzəcək: "Naxçıvana toya getmişdik. Səkinin kənarı ilə gəzirdik, qəfildən ayağım burxuldu və yıxıldım. Bakıya qayıtdıqda həkimlər gipsə saldılar. İndi əsa ilə gəzirəm. Deyiblər ki, 21 gün bu vəziyyətdə qalmalıyam. İndi də ayağm gipsdə ola-ola avtomobil idarə edirəm. Çünki işlərim qalıb".