Düşmən cavab atəşi ilə susdurulub

9 Sentyabr 2013 10:55 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qorqan, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.