Sirus Təbrizli bu gün dəfn olunub

8 Sentyabr 2013 17:23 (UTC+04:00)

Bu gün Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, Yeni Azərbaycan Partiyasının keçmiş üzvü Sirus Təbrizli II Fəxri Xiyabanda dəfn olunub. SİA-nın məlumatına görə, mərasimdə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Bəylər Eyyubov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, millət vəkilləri, AMİP lideri Etibar Məmmədov və başqaları iştirak ediblər. Mərhum vəsiyyətinə uyğun olaraq, Anar Məmmədxanovun məzarının yanında dəfn edilib.


Məlumat üçün bildirək ki, Sirus Təbrizli Xudadat oğlu 9 may 1942-ci ildə Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsində çalışıb, bir neçə çağırış Milli Məclisin deputatı seçilib.