Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Ağdam rayonunun işğal altında olan Qərvənd kəndinin ərazilərinə düşmən əsgərləri ötən gecə od vurublar.
Qısa müddət ərzində genişlənən alov təmas xəttini aşaraq Azərbaycan Ordusunun mövqelərinə qədər gəlib çatıb. Xoşbəxtlikdən alov yaxınlıqda yerləşən yaşayış məntəqəsinə keçməyib.
Qeyd edək ki, yanğın səhər saatlarına qədər davam edib.
Şamxal Cəliloğlu