Madrid "Real"ının və "Beşiktaş"ın sabiq futbolçu Quti Hernandes maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, ispaniyalı veteran futbolçu sabiq klubu "Real"ın futbolçusu Kriştianu Ronaldo ilə "Barselona"lı Lionel Messi haqqında fikirlərini açıqlayıb. Maraqlıdır ki, keçmiş yarımmüdafiəçi Messinin Ronaldodan daha üstün oyunçu olduğunu deyib. Q.Hernandes, argentinalı hücumçunun dünyanın ən yaxşı futbolçusu olduğunu bildirib: "Bu barədə əvvəllər də danışmışdım. Messi dünyanın ən yaxşı futbolçusudur. Bunu söyləməkdə əziiyyət çəkirəm, amma reallıq belədir. Messinin Ronaldodan çox fərqli səviyyədə olduğunu demirəm. Amma argentinalı futbolçu komandasının çətin anlarında tək başına oyunun gedişini dəyişə bilir".