ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Ceyms Uorlik yaxın vaxtlarda bölgəyə səfər etməyə hazırlaşır. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, C. Uorlik bu barədə özünün "Twitter" səhifəsində məlumat verib.
O bildirib ki, yaxın vaxtlarda münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirməyə başlamaq üçün Azərbaycana və Ermənistana gedəcək.
C.Uorlik Dağlıq Qarabağda da olacağını da qeyd edib.