“Kelebeğin rüyası” Oskara namizəd oldu

4 Sentyabr 2013 14:50 (UTC+04:00)

Yılmaz Ərdoğanın ssenari müəllifi və rejissoru olduğu "Kelebeğin rüyası" Oskar mükafatına namizəd olub. SİA türk mətbuatına istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi "Tepenin ardı", "Eve dönüş: Sarıkamış 1915" və "Meryem" filmləri arasından "Kelebeğin rüyası"nı namizədliyə layiq bilib.

Filmdə gənc yaşında vərəm xəstəliyindən ölən iki şair Müzəffər Tayyib Uslu ilə Rüştü Onurun dostluğundan bəhs olunur. Qeyd edək ki, film Oskara namizəd olan xarici filmlərdən əvvəlcə 9, daha sonra isə 5 film siyahısına düşməyə çalışacaq.

Təqdimat mərasimi isə 2014-cü il martın 2-də olacaq.