Salyan Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilib

4 Sentyabr 2013 13:46 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Salyan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb, inşaat işləri ötən ilin avqustunda başa çatdırılıb. Binanın ərazisi 1800, tikintialtı sahəsi isə 1044 kvadratmetrdir. Üçmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Salyan rayonuna səfərlərini əks etdirən fotoşəkillərdən ibarət guşələr yaradılıb.

Binanın birinci mərtəbəsində 11 xidməti, vətəndaşların qəbulu və xüsusi rabitə otaqları var. İkinci mərtəbədə şəhər və kənd inzibati ərazi nümayəndələri ilə canlı videobağlantı üçün operativ idarəetmə mərkəzi və 292 yerlik iclas zalı yaradılıb. Binanın üçüncü mərtəbəsində isə ali qonaq otağı və 10 iş otağı yerləşir. İnzibati binada işçilərin səmərəli iş şəraiti ilə təmin olunmaları üçün bütün imkanlar yaradılıb.