Temperatur endi, yağış yağacaq DİQƏƏT

4 Sentyabr 2013 12:42 (UTC+04:00)

"Sabah Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, axşam buludluğunun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı proqnozlaşdırılır". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova SİA-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, paytaxtda və yuarımadada mülayim şimal-qərb küləyi gündüz arabir güclü olacaq: "Havanın temperaturu gecə 20-24 dərəcə, günün birinci yarısında 24-28 dərəcə, axşama doğru 24 dərəcə olacaq".

Şöbə müdiri qeyd edib ki, ölkənin rayonlarında da yağış yağacağı etimalı var: "Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır".