ABŞ-ın keçmiş dövlət katibi Suriya məsələsində Obamanı dəstəklədi

4 Sentyabr 2013 09:27 (UTC+04:00)

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Barak Obamanı dəstəkləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hillari Klinton prezident Obamanın Əsəd rejiminə qarşı konqresi hazırlamaqda səylərini dəstəkləyir.

Qeyd edək ki, 21 avqust hadisələrinə cavab olaraq Barak Obama konqresdən Suriyaya hərbi müdaxilə üçün sanksiya istəyir.

Xatırladaq ki, H. Klinton cari ilin fevral ayında öz istəyi ilə istefaya gedib.