"İşğalçı ölkə heç bir zaman Azərbaycana rəqib ola bilməz". SİA-nın məlumatına görə, bunu Strateji Araşdırmalar Mərkəzinin bugünkü tədbirində çıxışı zamanı millət vəkili Rövşən Rzayev deyib.
Parlament üzvü deyib ki, 20 ildir Azərbaycanın torpaqları işğal altındadır: "İşğal zamanı azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Bunlara baxmayaraq, Azərbaycan bu münaqişənin həllini yalnız sülhdə görür və öz haqq səsini beynəlxalq aləmə çatdırır. Beləcə, ölkəmiz Ermənistanın işğalçı siyasətinə bəsit şəkildə cavab verir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu anlamalıdır ki, Azərbaycanın icazəsi və razılığı olmadan, heç bir qərar qəbul edilə bilməz. Sülh prosesində Ermənistanın möyqeyini nəzərə alan təşkilatlar, hər zaman Azərbaycanın haqlı narazılığı ilə qarşılaşacaqlar".