Müğənni Aygün İsmayılova özünə vağzalı çaldırıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi türk vətəndaşı Halukla nikah masasına oturub. İfaçının toyuna yaxınları və sənət dostları təşrif buyurub.
Nəzərinizə çatdıraq ki, yeni gəlinin oğlan toyu oktyabr ayında olacaq və o, İstanbulda yaşayacaq. Aygün sənətdən də uzaqlaşacaq.
Xatırladaq ki, Aygün İsmayılova "Yeni ulduz" müsabiqəsinin iştirakçısı olub.
Allah xoşbəxt eləsin!
Müğənninin toyundan fotoları təqdim edirik: