İran parlamentinin deputatları Suriyaya səfər edib

1 Sentyabr 2013 17:20 (UTC+04:00)

İran parlamentinin bir qrup deputatı dünən Dəməşqə gəlib. SİA-nın verdiyi xəbərə görə, səfərdə məqsəd Suriya xalqına həmrəylik nümayiş etdirmək, Suriyada yaranmış vəziyyəti və böhrandan çıxış yollarını ölkə rəhbərliyi ilə birgə müzakirə etməkdən ibarətdir. Bu barədə İRNA agentliyi məlumat verib. Nümayəndə heyətinə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Ələddin Borudcerdi rəhbərlik edir. İran parlament nümayəndə heyətinin üzvləri Suriya parlament sədri Məhəmməd Cihal əl-Lahan və bəzi hökumət nümayəndələri ilə görüşdükdən sonra qonşu Livana yola düşəcəklər.